Məktəbimizdə “Mənim Ana dilim” adlı seminar keçirildi

Fevralın 21- də məktəbimizdə "Beynəlxalq Ana dili" münasibətilə "Mənim Ana  dilim" adlı seminar  keçirildi. Seminar əsa dilimizin saflığı və təmizliyini  qorumaq hissini şagirdlərdə aşılamaq məqsədi daşıyırdı.Tədbirdə iştirak edən V- IX sinif şagirdləri Azərbaycan dilinin zənginliyi barədə məruzələr etdilər. Şagirdlər Bəxtiyar Vahabzadənin, Tofiq Bayramın şeirlərini səsləndirdilər. Azərbaycan ədəbi dilinin inkişaf mərhələlərini özündə əks etdirən təqdimat nümayiş etdirildi. Gülağa Məmmədovun ifasında musiqi səsləndi. Məktəbimizin direktoru Vaqif Tarverdili “Beynəlxalq Ana dili günü” ilə bağlı şagirdlərə geniş məlumat verdi və ana dilimizi qoruyaraq dəyərləndirməyin hər bir insanın borclu olduğunu xüsusi olaraq qeyd etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi