“Valideynin məktəbdə bir günü” adlı layihə həyata keçirildi

Fevralın 20- də məktəbimizdə “Valideynin məktəbdə bir günü” adlı layihə həyata keçirildi. Məktəbin akt zalında tədbirin rəsmi hissəsi keçirildi. Məktəbin direktoru Vaqif Tarverdili məktəb haqqında ümumi məlumat verərək vaideynləri məktəb binasına, sinif otaqlarına, məktəb həyətinə ekskursiyaya dəvət etdi. Valideynlər məktəbin akt zalı, idman zalı, kitabxanası, bufeti, laboratoriya və kabinetləri ,sinif otaqları ilə tanış oldular, dərslərdə iştirak etdilər. Sonda valideynlər məktəbin həyətyanı sahəsinə baxış keçirdilər. Valideynlər məktəb həyətində şagirdlər tərəfindən düzəldilən sahələrlə tanış oldular. Məktəbin həyətində yaradılan “Yaşıl park” ideyası valideynlər tərəfindən yüksək qiymətləndirildi.

Tanışlıqdan sonra məktəbin akt zalında seminar keçirildi. Seminar zamanı valideynlərin təklifləri dinlənildi.

Sonda məktəb xorunun və “Poeziya teatrı”nın iştirakı ilə valideynlər üçün hazırlanmış tədbir təqdim olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi