"Sağlam həyat tərzi- sağlam və fəal fərd tərbiyə edir " layihəsi keçirildi
Fevralın 14- də Ə. Vahid adına 293 nömrəli tam orta məktəbdə Azərbaycan Gənclər Fondunun dəstəyi ilə 2018-ci ilin noyabr ayından 2019-cu ilin fevral ayına kimi məktəbimizdə Oriqami Uşaq və Yeniyetmələr İctimai Birliyinin təşkil etdiyi "Sağlam həyat tərzi- sağlam və fəal fərd tərbiyə edir " layihəsi keçirildi. Layihədə 6-cı sinif şagirdləri iştirak etdi. Layihələr çərçivəsində şagirdlər arasında müxtəlif idman və məntiqi oyunlar keçirildi .Sonda iştirak edən şagirdlərə hədiyyə və bukletlər təqdim olunaraq sertifikatlar verildi.