“Narkomaniya- ağ ölümün qara fəsadları” mövzusunda "Dəyirmi masa" keçirildi

Fevralın 11- də məktəbimizdə “Narkomaniya- ağ ölümün qara fəsadları” mövzusunda "Dəyirmi masa" keçirildi. "Dəyirmi masa"da narkomaniyanın fəsadlarından, orqanizmə zərərli təsirlərdən, onun cəmiyyətdə yaratdığı təhlükələrdən, profilaktikasından və mübarizə yollarından danışıldı. Məktəbin direktoru Vaqif Tarverdili çıxış edərək narkomaniyanın orqanizmə zərərli təsirləri barədə məlumat verdi. Narkomaniya asılılığın ən ai:ğır növüdür. Narkomaniyaya meyil yeniyetmə  dövründən yarandığından, onunla mübarizənin ən əlverişli yolu məktəblərdə profilaktika aparmaqdır. Narkotikin qorxunc faciələrindən danışdıqda unutmayaq ki, o, ilk növbədə insanlığı məhv edir, insanı şüursuz bir varlığa, özünün insan olduğunu dərk etməyən “canlı ölü”yə çevirir.Tədbirin sonunda belə bir şüar səsləndirildi:" Gəlin gələcəyimizi, xoşbəxtliyimizi, var- dövlətimizi, müstəqilliyimizi, ən əsası da, sağlamlığımızı qısa müddətdə keçib gedən “həzz”ə qurban verməyək!"

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi