“Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı” mövzusunda şeir müsabiqəsi keçirilib

Yanvarın 23- də məktəbimizdə “Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı” mövzusunda keçirilən şeir  müsabiqəsində V- VIII sinif şagirdləri iştirak etdilər. Məqsədimiz şagirdlərdə vətənpərvərlik ruhunu yüksəltmək, onlara Vətənə layiq övlad olmağı aşılamaq idi. Müsabiqədə təqdim olunan şeirlər müxtəlif mövzuda olsa da, hamısı doğma Azərbaycana həsr olunmuşdur. Şeirlərdə həm Azərbaycanın keçmişi, həm də bu günü öz əksini tapmışdır. Müsabiqədə M. Şəhriyar, M. Müşfiq, S. Vurğun, M. Araz, Ə. Kürçaylı, N. Həsənzadə və s. şairlərin şeirləri səsləndi. Sonda təşkilat komitəsi tərəfindən I, II, III yerlər müəyyən edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi