“Ən uca zirvə” adlı tədbir keçirildi

Dekabrın 12- də “Ən uca zirvə” adlı tədbir keçirildi. 12 dekabr ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsinin anım günü olsa da, biz müəllimlər, təkcə, dekabrın 12- i deyil, hər zaman onun əvəzsiz əməllərini şagirdlərimizə və ətrafımızdakılara xatırladırıq. Bu, hər kəsin vətəndaşlıq borcudur.

7 “Ç” sinfinin hazırladığı tədbirdə şagirdlər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verərək, şeirlər söylədirlər. Sonda Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən video- çarx nümayiş etdirildi. Məktəbin direktoru Vaqif Tarverdili çıxış edərək ümummilli lider Heydər Əliyevin yaradıclığı ilə bağlı məlumat verərək təqdim edilən tədbiri yüksək qiymətləndirdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi