“Sağlam həyat tərzi- sağlam və fəal fərd tərbiyə edir” layihəsi çərçivəsində oyunlar keçirildi
Dekabrın 11- də “Oriqami” Uşaq və Yeniyetmələr İctimai Birliyi tərəfindən Azərbaycan Gənclər Fondunun dəstəyi ilə “Sağlam həyat tərzi- sağlam və fəal fərd tərbiyə edir” layihəsi çərçivəsində praktik komanda mütəhərrik oyunları və qrup intellektual oyunu təşkil olunmuşdur.
Layihə çərçivəsində könüllük prinsipi əsasında 50 şagird aktiv idman hərəkətləri və intellektual qrup oyunlarında iştirak etdilər.
İntellektual qrup oyunu olan “Şirvanşahların yüksəlişi” oyununda şagirdlər Azərbaycanın orta əsrlər tarixinə ekskursiya etdilər. İnnovativ idman qurğularından olan “Hədəfə at”, “Sərrast vur” oyunlarında hər bir şagird öz qüvvəsini sınayır, yeni vərdişlərə və bacarıqlara yiylənmək üçün cəhd edirlər.