“Qəhrəmanları tanıyaq, tanıdaq” adlı bilik yarışması keçirildi
Dekabrın 4- də “M. Hüseynzadənin 100 illik yubileyinin keçirilməsi” barədə tərtib edilən tədbirlər planına əsasən məktəb komandaları arasında “Qəhrəmanları tanıyaq, tanıdaq” adlı bilik yarışması keçirildi. Bilik yarışında 3 komanda iştirak etdi. Hər bir komanda Azərbaycan qəhrəmanları haqqında verilən sualları cavablandırdı. Tədbirin məqsədi şagirdlərdə torpağa sevgi, vətənpərvərlik hisslərinin aşılanması olmuşdur. Bilik yarışmasından sonra Azərbaycan milli qəhrəmanlarının həyat və yaradıcılıqlarına həsr edilmiş slaydlar nümayiş etdirildi.