“Dəyirmi masa” keçirildi

Noyabrın 12- də “Dövlətçilik və qanunvericilik” haqqında konstitusiya gününə  həsr edilmiş “Dəyirmi masa” keçirildi. 7 “C” sinif şagirdləri Azərbaycan Respublikasının əsas qanunu olan Konstitutusiya haqqında məlumat verdilər. Bu sənəd 1995- ci il 12 noyabr tarixində ümumxalq referendumu əsasında qəbul edilmiş 1995- ci il noyabrın 27- də qüvvəyə minmişdir. 1995- ci ildə qəbul olunmuş Konstitusiya mütəqil Azərbaycanın ilkümumilikdə isə ölkəmizin tarixində dördüncü Konstitusiyadır. Azərbaycanın Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilərkən hüquqi dövlət quruculuğunun müasir meyllərinə istinad olunmuşdur. Ötən 22 ildə ölkəmizin sürətli inkişafı nəticəsində Azərbaycan Respublikasının Konstitusiyasının bir neçə dəfə əhəmiyyətli dəyişikliklər və əlavələr edilib. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyasına edilən əlavələr və dəyişikliklər nəticəsində əsas qanunumuz daha da təkmilləşdirilərək yeni dövrün tələblərinə uyğunlaşdırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi