“Müstəqilliyimiz əbədidir” adlı səhər xətti keçirildi
Oktyabrın 18- də məktəbimizdə “Müstəqilliyimiz əbədidir” adlı səhər xətti keçirildi. Tədbirdə 8- ci sinif şagirdləri iştirak etdi. Şagirdlər Azərbaycanın istiqlaliyyətini təbliğ edən şeirlərlə iştirak etdilər. Tədbirdə tarix müəllimi Vüqar Nuriyev çıxış edərək istiqlalımıza aparan şanlı və keşməkeşli tarixin səhifələrinə işıq tutdu. 1991- ci il oktyabrın 18- də istiqlalımızın elan olunmasına kimi baş vermiş hadisələrlə şagirdləri məlumatlandırıb onları bu gözəl bayram münasibəti ilə təbrik etdi.
Sonda məktəbin direktoru Vaqif Tarverdili çıxış edərək “Azərbaycanın müstəqilliyi günü” münasibətilə şagirdləri və müəllimləri təbrik etdi.