Maarifləndirmə tədbiri keçirildi

Oktyabrın 12- də məktəbimizdə Sabunçu rayon Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə məktəbin 9, 10 və 11- ci sinif şagirdləri arasında antinarkotik təbliğatının gücləndirilməsi məqsədi ilə maarifləndirmə tədbiri keçirildi. Tədbirdə rayon Polis İdarəsinin YYÇPİTB- nin rəisi, polis mayoru Əli Babayev, 14- cü PB- nin rəisi polis polkovnik- leytenantı Zaur Məmmədov, həmin bölmənin baş inspektoru, polis mayoru Rafiq İsmayılov iştirak etmişlər. Tədbir iştirakçıları narkomaniyanın yayılması, fiziki və mənəvi təsirləri, narkomaniyaya qarşı mübarizənin son durumu ilə bağlı mübarizə ilə çıxış etdilər. Tədbirdə həmçinin narkomaniya ilə bağlı təbliğat xarakterli videoçarx nümayiş olundu.

       Tədbirin sonunda məruzəçilər tərəfindən antinarkomaniya ilə bağlı şagirdləri maraqlandıran suallar cavablandırıldı. Bütövlükdə tədbir məktəbin həm müəllim, həm də şagird kollektivi tərəfindən qiymətləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi