"Dəyirmi masa" keçirildi
Martın 30- da Azərbaycanlıların soyqırımının 100- cü ildönümü ilə əlaqədar "Dəyirmi masa" keçirildi. "Dəyirmi masa" da VII sinif şagirdləri öz məruzələri ilə iştirak etdilər. Məruzədə şagirdlər "Böyük Ermənistan" yaratmaq məqsədilə "Daşnaksütun" təşkilatının erməni hərbi dəstələrinin törətdiyi talanlar, vəhşiliklər barədə məlumatlar verdilər. O dövrdə müsəlmanların başına gətirilənləri kiçik səhnəciklə ifadə etməyə çalışırdılar. Sonda soyqırımı özündə əks etdirən video- çarx nümayiş etdirildi.