"Gənc riyaziyyatçılar" adlı viktorina keçirildi
Dekabrın 24- də məktəbimizdə "Gənc riyaziyyatçılar" adlı viktorina keçirildi. Viktorinada riyaziyyat fənni ilə bağlı müxtəlif tapmacalar tamaşaçılara verildi və tamaşaçılar tərəfindən cavablandırıldı. Viktorinada 2 qrup "Pifaqor" və "Evklid" iştirak etdi.Hər bir qrupda 7 şagird iştirak etdi. 2 xal fərqi ilə "Evklid" komandası qalib komanda elan edildi.