"Xocalı faciəsi uşaq yaradıcılığında" mövzusunda bədii qiraət gecəsi keçirildi
22 fevral 2018-ci il tarixində məktəbimizdə "Xocalı faciəsi uşaq yaradıcılığında" mövzusunda bədii qiraət gecəsi keçirildi. Məktəbin kitabxanaçısı Mərdanova Könül "Xocalı faciəsi" barədə məlumat verdi. Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xaten, Xirosima faciələri ilə eyni səviyyədə durur. Bir gecənin içərisində qədim Xocalı yerlə yeksan edilmişdir. Azərbaycan xalqı və onun dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaq.