"12 noyabr- Konstitusiya günü" ilə bağlı olimpiada keçirildi
Noyabrın 1- də məktəbimizdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən "12 noyabr- Konstitusiya günü ilə bağlı Hüquqi Dövlətin Əsasları" adlı olimpiada keçirilmişdir. Olimpiada "Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi"nin nümayəndəsi Qasımov İlqar Alış oğlu tərəfindən aparıldı. Olimpiadada konstitusiya fənni tədris olunmuş 20 nəfər 10 və 11- ci sinif şagirdləri iştirak etmişdir.