"Müəllim ömrü" adlı tədbir keçirildi

                 Oktyabrın 5- də müəllim gününə həsr olunmuş "Müəllim ömrü" adlı tədbir keçirildi. Azərbaycanın Dövlət Himni ilə tədbir açıq elan edildikdən sonra 3 "A" sinfinin şagirdləri Vətən və müəllim haqqında gözəl şeirlər söylədilər. Tədbir iştirakçıları müəllim və şagird münasibətlərini özündə əks etdirən yumoristik və eyni zamanda düşündürücü səhnəcik nümayiş etdirildi. Şagirdlər məktəbə gəldikləri ilk günlərdən müəllimlərin onlara qarşı olan xoş və yadda qalan isti münasibətlərindən söz açdılar. Şagirdlərin dilində söylənilən dahi mütəfəkkirlərin müəllim və elm haqqında söylədikləri müdrik kəlamlar bu peşənin nə qədər müqəddəs və eyni zamanda çətin və şərəfli olduğunu nümayiş etdirdi. Tədbir xor dəstəsinin ifası ilə yekun vuruldu. Tədbiri məktəbin direktor müavinləri, müəllimlər, valideynlər və şagirdlər böyük maraqla izlədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi