Molla Pənah Vaqifin 300 illiyinə həsr olunmuş dəyirmi masa keçirildi

12 iyun 2017-ci il tarixdə Ə.vahid adına 293 N-li tam orta məktəbdə Molla Pənah Vaqifin 300 illiyinə həsr olunmuş dəyirmi masa keçirildi. Dəyirmi masada M.P.Vaqifin həyat və yaradıcılığı ətraflı işıqlandırıldı. Onun XVIII əsrdə Azərbaycan xalqının həyatında oynadığı müstəsna rol qeyd olundu. Xalq danışıq dilini, xalq həyatını yaradıcılığının əsası edən M.P.Vaqif öz yaradıcılığı ilə ədəbiyyat tariximizdə yeni bir səhifə açdı. Dəyirmi masada iştirak edən VI sinif şagirdləri onun yaradıclığının tanınmayan tərəfləri barədə ətraflı məlumat verdilər. Müəllim:Əliyeva Zeynəb Cəbrayıl
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi