"Laçınsız 25 il" adlı guşə
Məktəbin foyesində "Laçınsız 25 il" adlı guşə yaradıldı. Guşədə Laçının tarixindən və işğalından söhbət açan kitablardan, divar qəzetlərindən istifadə olundu. Laçın 1992-ci il 18 may tarixində işğal edilmişdir. Artıq 25 ildir ki, düşmən tapdağı altındadır. Azərbaycanın dilbər guşəsi olan Laçın həsrəti ilə yaşayırıq. Torpağımızın hər qarışı əzizdir.