"Təmiz şəhər" ASC-nə tur təşkil olunmuşdur

27.04.2017-ci il tarixdə IX sinif şagirdləri ilə birlikdə "Təmiz şəhər" ASC-nə tur təşkil olunmuşdur. Şagirdlər ilk olaraq "Təmiz şəhər" ASC-in nəzdində olan Balaxanı Məişət Tullantıların Çeşidləmə Zavodunda oldular. Bu zavodun rəhbəri zavod haqqında şagirdlərə geniş məlumat verdi. Şagirdlər tullantıların çeşidlənməsi mexanizmi ilə tanış oldular. Daha sonra şagirdlər Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavoduna ekskursiya etdilər. Zavodun əməkdaşı şagirdlərə tullantılardan necə enerji əldə etmələri barədə məlumat verdi. Bildirildi ki, gələcəkdə bu zavod Sumqayıt kimi şəhəri enerji ilə təmin etmə gücünə malikdir.Tullantıların yandırılması zamanı alınan bərk uçucu hissəciklər, dəmir və qalıqlar Sumqayıt şəhərinin müvafiq zavodlarına göndərilir. Nəticədə ətraf mühit çirklənmələrdən qorunur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi