e-Tvinning layihəsi

Məktəbimizin biologiya müəllimi Şıxəliyeva Sevincin ortaq qurucusu(co-Founder) olduğu "Yenilə və Parla" ("Renew and Shine") e-Tvinning layihəsi Türkiyə, Azərbaycan, Gürcüstanın müxtəlif məktəblərindən olan müəllim və şagirdlərin əməkdaşlığı ilə həyata keçirilməkdədir,. Noyabr ayından etibarən layihədə şagirdlər müxtəlif fəaliyyətləri yerinə yetirməklə həm rəqəmsal bacarıqlarını inkişaf etdirdilər, həm də müxtəlif əşyalardan yeni və fərqli məqsədlərlə istifadə olunan məhsullar hazırlayırlar. Layihənin dili ingilis dili olduğu üçün əməkdaşlarla məhz bu dildə ünsiyyət qurmuşdurlaR. Layihə müddətincə şagirdlərdə kreativlik, əməkdaşlıq, rəqəmsal savadlılıq, xarici dildə ünsiyyət kimi bacarıqlar bir az daha inkişaf etdirilmiş oldu.