"Od çərşənbəsi"adlı tədbir keçirilmişdir

04.03.2025-ci il tarixində məktəbin ibtidai sinif müəllimi Zülfiyyə Rəhimova tərəfindən 2A sinfində "Od çərşənbəsi"adlı tədbir keçirilmişdir.Tədbirdə rəhbər işçilər,UBTR və şagird heyəti iştirak etmişdir.Şagirdlər Novruzun gəlişi,torpağın canlanması,alovu improvizə edən od çərşənbəsi ilə bağlı atalar sözləri,şeirlər söyləmiş,səhnəciklər göstərmiş,rəqslər nümayiş etmişdirlər.Novruzun simvolu olan Kosa və Keçəlin tədbirə gəlişi Novruz şənliyinə xüsusi rəng qatmışdır.
Tədbirdə T/t işləri üzrə direktor müavini Asim Ələsgərli şagirdlərin hazırlıq səviyyəsini bəyəndiyini xüsusi vurğulamış,gələcəkdə onlara uğurlar arzulamışdır.