"Dili olmuyan millət məhvə məhkumdur" adlı Dəyirmi masa keçirildi

20.02.2025-ci tarixində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Simuzər İsmayılova tərəfindən "Ana dilimizin inkişaf tarixi" mövzusunda Dəyirmi masa keçirildi. Dəyirmi masada 8D sinif şagirdləri iştirak etdilər. Şagirdlər məruzələrlə çıxış etdilər.
"Dili olmayan millət məhvə məhkumdur" tezisi müxtəlif həlli vacib olan məsələləri işıq üzünə çıxarmağa imkan yaratdı. Dəyirmi masanın əsas məqsədi şagirdlərdə dil tarixi haqqında bilikləri dərinləşdirmək və dilimizin saflığını qorunması məsələsini təbliğ etmək idi.