20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirildi
17.01.2025-ci il tarixdə ana dili və ədəbiyyat müəllimi Sevinc Qədirzadə tərəfindən məktəbimizdə tariximizin qanlı və şanlı səhifəsi sayılan 20 Yanvar faciəsinin 35-ci il dönümünə həsr olunmuş tədbir keçirildi. Tədbirdə dram dərnəyinin üzvlərinin ifasında şeirlər səsləndirildi. 6-cı sinif şagirdlərinin Ümumxalq Hüzn Günü ilə bağlı əl işləri nümayiş etdirildi.