"Müəllim öz yetişdirdiyi fərdlərlə dünya qurur" adlı tədbir keçirildi

04.10.2024-cü il tarixində məktəbin Azərbaycan dili vəƏdəbiyyat müəllimi Aysel Fərzəli 5 Oktyabr müəllimlər gününə hərs olunmuş tədbir təqdim etmişdir. Tədbir dövlət himni ilə açıq elan olunmuşdur. Daha sonra Ümumilli lider Heydər Əliyevin müəllimlərlə bağlı çıxışından video çarx təqdim edilmişdir. Tədbirin növbəti dəqiqələri şagirdlərin şeir və rəqslə olan çıxışları ilə davam etmişdir. Tədbirin hər dəqiqəsində müəllimlik peşəsinin yüksəkliyi vurğulanmış, 44 günlük Vətən müharibəsində şəhid olan müəllimlərlə bağlı  video göstərilmişdir. 
     Müxtəlif peşə sahibləri rolunda çıxış edən şagirdlərin hər biri müəllimlərlə bağlı fikirlər söylərək dünya maketi qurmuş, “Müəllim öz yetişdirdiyi fərdlərlə dünya qurur” ideyası vurğulanmışdır. Daha sonra şagirdlər müəllimlər üçün mahnı oxuyaraq tədbiri yekunlaşdırmışlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi