"Son zəng" adlı tədbir keçirildi

14.06.2024-cü il tarixdə ümumi təhsil müəssisələrində ənənəvi "Son zəng" tədbirinin keçirilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin F-367 nömrəli əmrinə uyğun olaraq məktəbimizdə ənənəvi formada "Son zəng" tədbiri təşkil edildi.Tədbirdə ana dili və ədəbiyyat müəllimi Sevinc Qədirzadə və rəhbərlik etdiyi 11A sinfi,ingilis dili müəllimi Mehparə Quliyeva və rəhbərlik etdiyi 11B sinfi,ana dili və ədəbiyyat müəllimi Aysel Fərzəli və rəhbərlik etdiyi 11P sinfi,məktəbimizin direktoru Rövşən Qasımov,məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavinləri Lətafət İsamayılova,Asim Ələsgərli,təlim tərbiyə işləri üzrə təşkilatçı Zümrüd Əliyeva,fənn müəllimləri,sinif rəhbərləri,valideynlər iştirak etmişdir.Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı.Tədbiri giriş sözü ilə açan məktəbimizin direktoru Rövşən Qasımov qonaqları salamlayaraq məzunlara xoş arzularını çatdırdı. Daha sonra məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavinləri,11-ci sinif rəhbərləri, müəllimlər, valideynlər çıxış edərək məzunları təbrik etdi, onlara müstəqil həyat yollarında uğurlar arzuladılar.Tədbirdə məzunların iştirakı ilə bir-birindən maraqlı rəqs nümunələri təqdim olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi