20.02.2017-ci il tarixdə keçirilən metodbirləşmə iclasında bütün fənn metodbirləşmələri iştirak etdilər. Fənn metodbirləşmələri yarımillik hesabatla çıxış etdilər. Məktəbin direktoru Rzayeva Xuraman Ələkbər qızı II yarımildə qarşıda duran vəzifələr haqda məlumat verdi. Məruzəçi bildirdi ki, qarşıda duran əsas vəzifə ibtidai siniflərdə Ana dili və riyaziyyat fənləri üzrə yoxlama işlərinin həyata keçirilməsi və nəticələrin müzakirəsidir. Bu yoxlama işlərinin həyata keçirilməsi məktəbin AZərbaycan dili və Riyaziyyat-informatika fənləri üzrə metodbirləşmə rəhbərlərinə həvalə edildi.