Məktəbimizdə "Vahid gecəsi" keçirildi

18.02.2017-ci il tarixdə məktəbimizdə ənənəvi "Vahid gecəsi" keçirildi. "Vahid gecəsi"ndə mətəbimizin I-XI sinif şagirdləri iştirak etdilər. "XX əsrin Fizulisi" olan Əliağa Vahidin həyat və yaradıcılığı ilə bağlı şeir, qəzəl və mahnılar təqdim edildi. Əliağa Vahidin həyatı ilə bağlı səhnəciklər təqdim edildi. Tədbirdə Ə. Vahidin poeziyasını dərindən bilən, onun məftunu olan incəsənət xadimləri də iştirak etdilər. Qonaqlardan kənd ağsaqqalı Həsən Qulamov, Mircəlal Zəkiyev, Əlihəsən Məmmədov, Vaqif İsmayılov, 10 № li musiqi məktəbinin müdiri Nuriyev Qafar öz kollektivi ilə birlikdə çıxış etdilər. Respublikanın əməkdar incəsənət xadimi Hacı Aqil Məlikov çıxış edərək Ə. Vahidin necə sənətkar olduğu haqda danışdılar. Muğam ifaçıları Ə. Vahidin qəzəlləri üzərində qurulan muğam ifaları ilə tədbiri daha da maraqlı etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi