“Oriqami” uşaq və yeniyetmələr ictimai birliyi tərəfindən “Heydər Əliyev və mənim gözəl paytaxtım“ layihəsinin növbəti tədbiri keçirildi
“Oriqami” uşaq və yeniyetmələr ictimai birliyi 05 fevral 2024-cü il tarixində Maştağa qəsəbəsi Ə.Vahid adına 293 № li tam orta məktəbdə “Heydər Əliyev və mənim gözəl paytaxtım“ layihəsinin növbəti tədbirini keçirib.
Layihə rəhbəri Namiq Nəcəfov bildirib ki, “Heydər Əliyev və mənim gözəl paytaxtım“ layihəsinin icrasına 01 dekabr 2023-cü ildən başlayaraq Sabunçu rayonu Maştağa, Nardaran, Bilgəh qəsəbələrində yerləşən 9 tam orta məktəbin kontinqenti sirasından könüllülük prinsipi əsasında, qabiliyyət və bacarıqları ilə seçilən, çalışqan, intizamlı şagirdlər qoşulublar.
05 fevral 2024-cü il tarixində, layihənin İcra Planına uyğun olaraq, Maştağa qəsəbəsi Ə.Vahid adına 293 № li tam orta məktəbin kitabxanasında, layihənin növbəti təqbiri keçirilmişdir. Tədbirdə layihə iştirakçılarınin Ulu Öndərin əziz xatirəsinə olan dərin ehtiramını əks etdirən esse yazılarına keçirilmiş baxışın nəticələri müzakirə olunmuşdur.
Tədbiri, giriş sözü ilə, layihənin rəhbəri Namiq Nəcəfov açdı. O,bildirdi ki, “Heydər Əliyev və mənim gözəl paytaxtım” layihəsi Azərbaycan Respublikasının Gənclər Fondunun 17-ci qrant müsabiqəsi çərçivəsində keçirilir. N.Nəcəfov tədbir iştirakçılarına layihə çərçivəsində şagirdlərin tətil günlərində, evdə, hazırladıqları esse yazıları barədə məlumat verdi. Sonra məzmun baxımından daha əhatəli olan esse yazılarını tədbirə toplaşanların diqqətinə çatdırdı. Şagirdlər - Ayan, Ruqiyyə, Aylin, Zəhra, Leyla esse yazılarından parçalar oxudulur.Tədbir iştirakçıları tərəfindən şagirdlərin inşa yazıları maraqla dinlənildi və dəfələrlə alqışlandı.
Layihə rəhbəri N.Nəcəfov esse yazılarını baxışa təqdim edən 7 - ci sinif şagirdləri Quliyeva A.,Əzizli R.,Aliyeva A., Nəcəf-zadə L,Əliyeva Z., təşəkkürünü birdirdi və onlara təhsildə müvəffəqiyyətlər arzuladı. Sonra şagirdlərə Sertifikat və loqolu Hədiyyə dəstləri təqdim olundu. Ələsgərli A.,Bədəlova K. ,Daşdəmirov N, şagirdlərin hər birinə, layihə çərçivəsində, “Oriqami təşkilatı tərəfindən hazırlanmış hədiyyələrin təqdim olunmasında iştirak etdilər.
Tədbirdə Ə.Vahid adına 293 № li tam orta məktəbin direktorun T/t işləri üzrə müavini A. Ələsgərli,fənn müəllimləri Daşdəmirov N., UBTR Bədəlova K., kitabxana işçisi Babayeva F. iştirak edirdilər.
Layihə rəhbəri N.Nəcəfov Ə.Vahid adına 293 № li tam orta məktəbdə “ Heydər Əliyev və mənim gözəl paytaxtım “ layihəsinin icra olunması üçün yaradılan şəraitə görə məktəbə çərçivəli Təşəkkürnamə təqdim etdi.