"Zəfər Günü" münasibətilə Dəyirmi masa keçirildi
07.11.2023-cü il tarixdə tarix müəllimi Aytən Musayeva tərəfindən 7b sinif şagirdləri ilə 8 noyabr- "Zəfər Günü" münasibətilə Dəyirmi masa keçirildi.Müəllim şagirdlərə ətraflı məlumat vermiş və bildirmişdirki:
Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olmuşdur.
Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynamışdır. Bütün bunlar Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnmişdir.
Şagirdlər də lövhədə Zəfər Günü ilə bağlı göstərilən videotəqdimatlarda öz fikirlərini bildirdilər.