27 sentyabr Anım günü ilə əlaqədar dəyirmi masa keçirildi
26.09.2023-cü il tarixdə tarix müəllimi Aytən Musayevanın rəhbərliyi ilə 7B sinif şagirdləri ilə 27 sentyabr Anım günü ilə əlaqədar dəyirmi masa keçirildi.Aytən Musayeva şagirdlərə Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olmuş, yüz nəfərdən artıq hərbi qulluqçumuz itkin düşmüş, min nəfərdən artıq hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirmişdir. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunduğunu məlumat vermişdir.Sonda 27 sentyabr Anım günü ilə əlaqədar videoçarx təqdim olunmuşdur.