Bilik Günü"adlı tədbir təşkil edildi

15.09.2023-cü il tarixdə məktəbimizdə ənənəvi formada"Bilik Günü" adlı tədbir təşkil edildi.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.Daha sonra şəhidlər 1 dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan məktəbimizin direktoru Rövşən Qasımov qonaqları salamlayaraq birincilərə və şagirdlərə xoş arzularını çatdırdı və “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur" mövzusunda məlumat verdi. Daha sonra,məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Lətafət İsmayılova,təlim-tərbiyə işləri üzrə direktor müavini Asim Ələsgərli,tərbiyə işləri üzrə təşkilatçı Zümrüd Əliyeva çıxış edərək birinciləri təbrik etdi,şagirdlərə 2023-2024-cü tədris ilində uğurlar arzuladılar.Sonda şagirdlər şeir nümunələri ilə çıxış etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi