Kimya-biologiya fənn aylığı ilə əlaqədar tədbir keçirildi

04.05.2023-cü il tarixdə məktəbin fəaliyyət planına uyğun olaraq biologiya müəllimi və fənn metodbirləşmə rəhbəri-Şıxəliyeva Sevincin təşkilatçılığı ilə kimya-biologiya aylığının yekun tədbiri keçirildi.Tədbirin realllaşmasında məktəbin biologiya müəllimi Abdulzadə Fidan,kimya müəllimləri-Şirinova Şəhanə və Ələsgərova Nuray yaxından iştirak etmişdirlər.Fənn aylığının ,o cümlədən yekun tədbirin keçirilməsində məqsəd istedadlı şagirdlərin üzə çıxarılması və fənnə  marağın artırılmasıdır.Tədbirdə aylıq çərçivəsində görülmüş işlər haqqında məlumat verilmiş,VI,VII,VIII,IX sinif şagirdlərin ifasında bir-birindən maraqlı şeirlər,mahnılar səsləndirilmiş,səhnəciklər göstərmiş,azərbaycanlı kimya və biologiya alimləri haqqında,kimya elminin elminin tarixi,biologiya elminin yenilikləri ilə bağlı slaydlar nümayiş etdirilmiş,məlumatlar verilmiş,"tap görək"adlı yarışma keçirilmişdir.Şagirdləri motivə etmək üçün tədbirdə məzmuna uyğun tapmacalar səsləndirilmiş,fəal şagirdlərə kiçik hədiyyələr təqdim edilmişdir.Tədbirdə kimya müəllimi Ş.Şəhanə  və şagirdlər tərəfindən maraqlı kimyəvi reaksiyalar aparıldı.Sonda məktəbin direktoru Qasımov Rövşən tədbirlə bağlı təəssüratlarını səsləndirərək,belə tədbirlərin şagirdlərin təlim-tərbiyəsində istedadlı şgirdlərin üzə çıxarılmasında xüsusi rol oynadığını vurğuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi