Nümunəvi dərs keçirildi

05.04.2023-cü il tarixdə biologiya müəllimi Şıxəliyeva Sevinc tərəfindən "Kimya-biologiya fənn aylığı"çərçivəsinə uyğun 6c sinfi ilə"Çiçəkli bitkilərdə vegetativ çoxalma" mövzusunda məktəb rəhbərliyi və kimya-biologiya fənn müəllimlərinin iştirakı ilə nümunəvi dərs keçirildi.Dərsin məqsədi şagirdlərin vegetativ çoxalma üsullarını fərqləndirib,həyatda tətbiq edilməsi idi.Dərsdə müəllim müasir təlim üsullarından,elektron tədris resurslarından istifadə edərək, videoslayd nümayiş etdirdi.Şagirdlər qruplarda mövzuya uyğun nəzəri və praktik tapşırıqlar işlədilər.Şagirdlər əyani olaraq müxtəlif bitkilərin gövdə,kök və yarpaq çiliklərini,kökümsov,soğanaq və gövdə yumrularını əkdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi