Dəyirmi masa keçirildi
21.02.2023-cü il tarixdə “Ana dili Günü” münasibətilə Dil-ədəbiyyat müəllimi Günel Muxtarova 8-ci sinif şagirdləri ilə “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda Dəyirmi masa keçirdi.Tədbir zamanı dilin cəmiyyətdəki yeri və rolu,mənəvi sərvət kimi əhəmiyyəti haqqında fikirlər səsləndi.Eyni zamanda,Ümummilli liderin dilimizə verdiyi dəyər,bu sahədə gördüyü böyük işlər diqqətə çatdırıldı.Həmçinin H.Əliyevin davamçısı olan Prezident İlham Əliyevin dilimizin inkişafı və gələcək nəslə ötürülməsi ilə bağlı gördüyü işlərdən,çıxışlardan bəhs edildi.Tədbirdə mövzu ilə bağlı slaydlar,şəkillər,videoçarxlar təqdim edildi.