Nümunəvi dərs keçirildi
12.01.2023-cü ildə ibtidai sinif müəllimi Sevinc Mustafayeva 4E sinfi ilə" Uzunluğun ölçülməsi " mövzusuna dair nümunəvi dərs keçirildi.Dərsdə
məktəbin rəhbərliyi,ixtisas müəllimləri iştirak etdi.Dərslik və iş dəftəri üzərində müstəqil tapşırıqlar yerinə yetirilir.Uzunluq ölçü vahidlərinə aid KLASTER şagirdlər tərəfindən tamamlanır.Çevirmələri əzbərsiz," əl üsulu " ilə öyrənmək şagirdlər üçün maraqlı oldu. Sonda məktəbimizin direktoru və digər iştirak edən müəllimlər nümunəvi dərslə bağlı fikirlərini söylədilər.Müəllimin və şagirdlərin fəallığı bəyənildi. Qarabağ Azərbaycandır! Güc birlikdədir! şüarlarına uyğun olaraq qrup adları seçilib
1.Qarabağ
2.Azərbaycan
3.Güc
Uzunluq vahidləri arasındakı əlaqə şagirdlərə " əl üsulu " ilə öyrədildikdən sonra şagirdləri 4 qrupa bölüb mövzuya uyğun tapşırıqlar verildi.Qrup işi üzrə qiymətləndirmə meyarları ilə şagirdlər tanış edilir,( təqdimat,vaxtdan səmərəli istifadə,əməkdaşlıq,tapşırıqların düzgün yerinə yetirilməsi)