" Dövlət və Xalq üçün yaşanan ömür" adlı Dəyirmi masa
08.12.2022-ci il tarixdə coğrafia müəllimi Mail Kərimov 8D sinif şagirdlərinin iştirakı ilə" Dövlət və Xalq üçün yaşanan ömür" adlı Dəyirmi masa keçirildi.Müəllim öz çıxışında bildirdi ki:
Dekabrın 12-si xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin anım günüdür.Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu Öndər Heydər Əliyevin özünəməxsus yeri vardır.Sonda ulu Öndər Heydər Əliyevin haqqında bəhs edən videoçarx təqdim edildi.