“Yol hərəkəti təhlükəsizliyi qaydalarına əməl edək !” 

  

22 noyabr 2022-ci il tarixində məktəbdə  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə  “Oriqami” uşaq və yeniyetmələr ictimai birliyinin   icra etdiyi “Yol hərəkəti təhlükəsizliyi qaydalarına əməl edək !” layihəsi çərçivəsində 30 nəfər  dördüncü sinif şagirdləri,onların valideynləri, layihəyə qoşulmuş 10 nəfər yuxarı sinif şagirdlərindən ibarət könüllülər qrupu- Quliyeva Fidan.,Məmmədli Ümid.,Musayeva Məleykə.,Musayev Cavidan., Məmmədli Mələk.,Hacıyev Cavidan  Əlizadə Əli.,Həmidova Nəzrin.,Səfərov Nizami.,Manafova Bəyimxanım, məktəbin pedaqoji heyyətinin üzvləri-  T/t işləri üzrə direktor müavini İsmayilova L., Ələsgərov A., UBTR Bədəlova K. yekun tədbirdə  iştiurak etmişlər.

     Dördüncülər yol hərəkəti təhlükəsizliyi qaydaları ilə bağlı  layihə ərzində əldə etdikləri yeni məlumatları,yeni vərdişləri,yolu keçərkən piyada keçidindən istifadə olunmasını,işıqforun göstəricilərinə ciddi əməl olunmasını “Oriqami” təşkilatının qurduğu  “4 yol ayrıcı” xüsusi avadanlıqdan istifadə edərək nümayiş etdirmişlər.

     Tədbirin sonunda 30 nəfər dördüncü sinif şagirdlərinin hər birinə layihə çərçivəsində  hədiyyə dəsti təqdim edilmişdir.Hədiyyə dəstlərinin tərkibi- loqolu papaq,loqolu,təsvirli qısaqol köynək.,qələm.,rəngli kağız və karton,dəftərçə.,”4 yol ayrıcı ” oyun dəsti + 6 ədəd oyun kartı,.Bununla yanaşı ,layihəyə qoşulmuş könüllülər qrupunun hər bir üzvünə  Sertifikat,Dəftərçə və bəc təqdim olunmuşdur.Layihənin rəhbəri  N.Nəcəfov

       

   

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi