"Bullinqə yox deyək" adlı seminar

01.11.2022-ci il tarixdə psixoloq Zakir Şirinov "Bulinqə yox deyək" adlı seminar keçirdi.Seminarda psixoloq Zakir Şirinov öz çıxışında şagirdlərə bildirdi ki:

Son zamanlar  dünyanın bütün ölkələrində  təhsil müəssisələrində müşahidə olunan ən qabarıq problemlərdən biri təhsilalanların təzyiq və aqressiv davranışların hədəfi olmasıdır. Onlardan biri son vaxtlar leksikonda  yer almış bullinqdir (bullying).  İlk dəfə 1985-ci ildə Böyük Britaniyada işlədilən bu termin bu mövzuda ilk tədqiqat işləri üzə çıxdıqdan sonra XX əsrin əvvəllərində geniş istifadə olunub. Bütün uşaqlar gec-tez bullinqlə rastlaşırlar: ya qurban, ya incidilən şəxs və ya şahid kimi, yəni həm onlayn, həm də reallıqda. Bütün bu rollar uşağın şəxsiyyətinə dağıdıcı təsir göstərir. Əgər siz öz həyatınızda heç vaxt digər, daha güclü və ya daha çox səlahiyyət sahibi olan insan tərəfindən sistematik təqib və ya başqa zorakılıq hiss etməyibsinizsə, belə görünə bilər ki, bullinq xırda məsələdir. Bununla belə, ABŞ  Təhsil  Departamentinin məruzəsinə əsasən, 12 yaşdan 18 yaşadək hər dörd uşaqdan biri  son məktəb  ili ərzində bullinqin qurbanı olub.  Ukraynada UNICEF üçün aparılmış tədqiqatlara əsasən, məktəblilərin 89%-i billinqlə rastlaşırlar. Qərb mənbələrinin məlumatına görə, 14 yaşa qədər şagirdlərin 50%-i məktəbdə təqiblərə məruz qalır. Yeniyetmə yaşında isə bu faiz dərəcəsi enir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi