"Konstitusiya günü" -Dəyirmi masa

14.11.2022-ci il tarixdə Vüqar Nuriyev 9ç sinif şagirdləri ilə Konstitusiya günü Dövlətçilik və qanunvericilik adlı dəyirmi masa keçirildi.

Azərbaycan respublikasının dövlətçiliyinin və suverenliyinin əsas sənədi onun konstitusiyasidir.
Bu dövlət atributu müasir standartlara cavab verən,vətəndaşlarimizin hüquqlarını din,irq,etnik mənsubiyyət ayrı -seckiliyi tanımadan təmin edən qanunlar icmalı 1995 ci il 12 noyabr referendumu ilə xalqımız tərəfindən seçilmişdir.
Azərbaycanin ilk konstitusiya səviyyəli sənədi 1918-ci il 28 mayında "İstiqlal bəyannaməsi" ilə başlanmışdır.Lakin ilk dövrün təcrübəsizliyi və müharibələr konstitusiyanin tam olaraq hazırlanmasına mane olmuşdur.
1921 ci ildə Az SSR in konstitusiyasi qəbul edilsə də,bu sənəddə xalqımızın suveren hüquqları təmin edilmir, Azərbaycan dövlətindən daha üstün AzNeft qurumu yaradılır və təbii sərvətləri talan edilirdi
1937-ci il konstitusiyası isə,daha da irəli gedərək,dövlət dilimizi Rus dili olaraq sənədləsdirir.
1974 cu ildə dövlət dilimizi Azərbaycan dili kimi qeyd edilir.lakin təbii sərvətlərin talan edilməsinə son qoymurdu.
Nəhayət istiqlalınin bərpası ilə yeraltı və yerüstü sərvətlərinin sahibi olacaq,dövlət suverenliyinin təmin olunduğu son konstitusiyanin hazırlanması ümummilli lider Heydər Əliyevin göstərişi ilə ziyalılarımız tərəfindən hazırlanmış və xalqımız tərəfindən seçilmişdir

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi