"Riyaziyyat hər zaman,hər yerdə " adlı riyaziyyat gecəsi
31.10.2022-ci il tarixində "Riyaziyyat hər zaman,hər yerdə " adlı riyaziyyat gecəsi keçirildi.Gecədə riyaziyyatın hər bir elmlə inteqrasiyası,hər zaman,hər yerdə bizimlə olmasından danışıldı.Aforizmlər söylənildi,3b sinif şagirdlərinin ifasında "Rəqəmlərin bəhsi"şeiri ifa edildi.7b,7ç,8a siniflərinin ifasında "Fənnlərin bəhsi"səhnəsi göstərildi.Şagirdlərin ifasında "Riyaziyyat elmlərin şahı"meyxanası deyildi.11p sinif şagirdi Bağırov İzzətin və 8a sinif şagirdi Mirkərimin ifasında vaxtında riyaziyyata laqeyd olan bir gəncin səhnəsi göstərildi.Sonda "Torpaq","Od","Hava","Su" komandalarının məntiq yarışması oldu."Torpaq" komandası qalib oldu.