"Biz sizdən öyrəndik qəhrəmanlığı" adlı tədbir

             27 Sentyabr - Anım Gününə həsr olunmuş Tədbirlər planına əsasən 27.09.2022-ci il tarixdə məktəbin tərbiyə işləri üzrə direktor müavini Əliyeva Zümrüd Məmmədqulu qızının təşkilatçılığı ilə  "Biz sizdən öyrəndik qəhrəmanlığı" adlı tədbir keçirildi.Tədbirdə  vətənpərvərlik mövusunda şeirlər və mahnılar  səsləndirildi, Vətən müharibəsində döyüş səhnələrini özündə əks etdirən videoçarx nümayiş etdirildi.Məktəbin tarix müəllimi Qurbanova Xatirə çıxış edərək torpaq uğrunda  canlarını fəda edən qəhrəmanların xatirəsinin həmişə əziz tutulacağını  bildirdi. Məktəbin şəhid məzunları Səfərov İntiqam və Əliyev Tahirin ,Vətən müharibəsi şəhidlərinin ruhları bir dəqiqəlik sükut ilə yad edildi.Məktəbin şəhid məzunu Əliyev Tahirin valideyni tədbirdə iştirak edərək şəhidlərin göstərdiyi qəhrəmanlıqların gənc nəsil üçün örnək olduğunu vurğuladı.

   

    

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi