"Şəhidlər Unudulmur" adlı səhər xətti

27.09.2022-ci il tarixdə "Şəhidlər Unudulmur" adlı səhər xətti keçirildi.Tədbir Azərbaycan Respublikası Dövlət Himni ilə açıq elan edildi.Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.Məktəbin tarix müəllimi Nuriyev Vüqar Vahab oğlu 44 günlük Vətən Müharibəsinin başlanmasının səbəbləri,döyüş əməliyyatlarının yüksək səviyyədə həyata keçirilməsi,hərbçilərimizin şücaəti barədə məlumat verdi."Dəmir Yumruq" əməliyyatında iştirak edən,öz canlarını qurban verən şəhidlərimiz daim bizim qəlbimizdə yaşayacaq."Şəhidlər ölməz,Vətən Bölünməz","Qarabağ Azərbaycandır" şüarları səsləndikdən sonra məktəbin şəhid məzunları Əliyev Tahir Mahir oğlu,Səfərov İntiqamın şəkilləri önünə qərənfillər qoyuldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi