"Müharibəyə yox deyək" adlı Dəyirmi masa
21.09.2022-ci il tarixdə Beynalxalq Sülh Günü münasibətilə "Müharibəyə yox deyək" adlı Dəyirmi masa keçirildi.Məktəbin tarix müəllimi Eminova Aytən 6-cı siniflərdə keçirdiyi tədbirdə "Müharibə və Sülh","İqtisadi və mənəvi inkişaf","Bəşəri faciələr","İnsan və alilik" mövzularında müzakirələr apardı.Müzakirələrdə müharibə nəticəsində yaranan faciələr,bəşəriyyətin böyük risk altında olması ,dünyanın bir çox yerlərində davam edən münaqişələrin nəticələri öz əksini tapdı.Uşaqlar "Biz sülh istəyirik","Müharibəyə yox deyək" şüarlarını səsləndirdilər.