"Mənim Ali Qanunum" adlı dəyirmi masa keçirildi
11.11.2016-cı il tarixdə Azərbaycan Respublikasının Konstitusiya Gününə həsr olunmuş "Mənim Ali Qanunum" adlı dəyirmi masa keçirildi. Dəyirmi masada V, VII, VIII, IX sinif şagirdləri iştirak etdilər. Dəyirmi masada müəllim və şagirdlərin hazırladıqları məruzələr dinlənildi. Konstitusiyanın müəyyən maddələri müzakirə edildi.