"Hüquqlarımızı qoruyaq" adlı seminar keçirilib

Noyabrın 5- də keçirilən "Hüquqlarımızı qoruyaq" adlı seminarda məktəbin rəhbər işçiləri və fənn müəllimləri, X sinif şagirdləri məruzə ilə çıxış etdilər. "Uşaqlar gələcəyimizdir" adlı slayd nümayiş etdirildi. Seminarda uşaqların sağlam yaşama, pulsuz təhsil alma, istirahət etmə hüquqlarından, bəzi hallarda valideynlərin öz uşaqlarının hüquqlarını necə pozduğundan danışıldı.