"Uşaq hüquqları" aylığı ilə bağlı seminar keçirildi
Noyabrın 7- də "Uşaq hüquqları" aylığı ilə bağlı seminar keçirildi. Seminarda qeyri- hökumət təşkilatı olan "Oriqami" Uşaq və Yeniyetmələr İctimai Birliyinin sədri Namiq Nəcəfov, mütəxəssis Ramiz Xanəliyev, mütəxəssis Esmira Qurbanova iştirak etdilər. Seminarda uşaqların hüquqları ilə yanaşı onların problemlərindən və bu problemlərin necə həll edilməsindən danışıldı. Seminarda VIII sinif və X sinif şagirdləri iştirak etdilər.