"Xocalı soyqırımı 30 il" adlı ədəbi-bədii kompozisiya
25.02.2022-ci il tarixində Ə.Vahid adına 293 nömrəli tam orta məktəbdə tərbiyə işləri üzrə direktor müavini Zümrüd Əliyevanın təşkilatçılığı və məktəbin Azərbaycan dili müəllimi İ.Simuzərin rəhbərliyi ilə "Xocalı soyqırımı 30 il" adlı ədəbi-bədii kompozisiya təşkil edildi.
Sonda tərbiyə işləri üzrə direktor müavini Zümrüd Əliyeva məruzə ilə çıxış etdi. O, Vətən müharibəsində qazanılan Zəfərin xalqımız üçün ən böyük təsəlli olduğunu xüsusilə vurğuladı.Anım təbdirində 5, 6, 7- ci sinif şagirdləri şeirlər, ədəbi-bədii kompozisiyalar təqdim etdilər.Tədbirin keçirilməsində əsas məqsəd faciə qurbanlarını yad etmək və şagirdlər arasında vətənpərvərliyi təbliğ etmək idi.