"Tarix Unudulmur"adlı dəyirmi masa keçirildi
22.02.2022-ci il tarixində 8-ci sinif üzrə "Tarix Unudulmur"adlı dəyirmi masa keçirildi.Əvvəlcə Xocalı qətliamı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Xocalı soyqırımının səbəb və nəticələri barədə danışan tarix müəllimi Musayeva Aytən bildiribki,Ermənistan silahlı qüvvəlləri 1992-ci il fevralın 26-da xalqımıza qarşı böyük cinayət törədiblər.Əsrin faciəsi xalqımızın qan yaddaşı olan bu soyqırım bütün bəşəriyyətə qarşı törədilmiş amansız cinayətdir.Xocalı soyqırımına Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə siyasi -hüquqi qiymət verilib.Sonda Xocalı soyqırımı ilə bağlı slayd nümayiş etdirilib.