"Dəyirmi masa" keçirildi
11.02.2022 ci tarixində məktəbin T/tərbiyə işləri üzrə direktor müavini Zümrüd Əliyevanın təşkilatçılığı ilə Azərbaycan dili müəllimi İ.Simuzər 8-ci sinif şagirdləri ilə "Ana dilimizin inkişaf tarixi dönəmlərdə qarşılaşdığı çətinliklər" ilə bağlı "Dəyirmi masa"keçirdi.Şagirdlər məruzələrlə çıxış etdilər.
"Dili olmayan millət məhvə məhkumdur" tezisi müxtəlif həlli vacib olan məsələləri işıq üzünə çıxarmağa imkan yaratdı."Dəyirmi masanın" əsas məqsədi şagirdlərdə dil tarixi haqqında bilikləri dərinləşdirmək və dilimizin saflığının qorunması məsələsini təbliğ etmək idi.Ümummilli lider Heydər Əliyev və Müzəffər Ali Baş Komandan İlham Əliyevin dilimizin inkişafındakı xidmətləri - fərman və sərəncamları,dilin saflığı haqqındakı fikirləri səsləndirildi.