"Demokratik inkişafa təminat " adlı dəyirmi masa
12 noyabr 2021ci il tarixdə məktəbin 2021/2022-ci dərs ili üçün illik Fəaliyyət Planına uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya günü münasibətilə "Demokratik inkişafa təminat " adlı dəyirmi masa keçirildi.Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 26 il ötür.Məktəbin coğrafiya müəllimi Abbasova Aidə şagirdlərə Konstitusiya gününün təsis edilməsi barədə məlumat verdi.Müstəqil Azərbaycanın Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası,1995-ci il noyabrın 12-də qəbul edilmişdir.X sinif şagirdləri Azərbaycanın Konstitusiya quruluşunun tarixi barədə müzakirələr apardılar.Müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul olunmasını özündə əks-etdirən video təqdimat etdirildi.